image-1backend

ŞOK İDDİA: 115 nömrəli məktəbdə elektron qolbaqlı müəllimə dərs keçir?

image-ads-728x90

Bakının Binəqədi rayonunda yerləşən Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə baş verdiyi iddia olunan hadisə ciddi suallar doğurub.

Məktəbdə çalışan Sevinc  İbrahimova adlı müəllimə barəsində cinayət işi üzrə məhkəmə qərarı çıxarılıb və onun ayağına elektron nəzarət vasitəsi taxılıb. Buna baxmayaraq, həmin şəxsin məktəb rəhbərliyi tərəfindən dərsə buraxıldığı iddia olunur. Mənbənin iddiasına görə, sözügedən məktəbdə üç müəllimə barəsində,Yasəmən Mansurova,Tərəanə Hüseynova və Sevinc İbrahimova ilə bağlı eyni iş üzrə araşdırma aparılıb. Həmin şəxslərin təhsil müəssisəsində müəllimlik fəaliyyətindən kənar olaraq qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduqları  iddia edilir. Əsasən də Təranə Hüseynovanın bu işdə daha aktiv olduğu iddia edilməkdədir.

Bu iddialar təsdiqini tapacağı halda, məsələ həm məktəbdə əmək münasibətləri, həm də təhsil müəssisəsində pedaqoji fəaliyyətə dair tələblər baxımından araşdırılmalı suallar yaradır.

Elektron qolbaq nə deməkdir?

Elektron nəzarət vasitəsinin tətbiqi şəxsin üzərinə məhkəmə və ya qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərin qoyulduğunu göstərə bilər. Lakin elektron qolbağın mövcudluğu öz-özlüyündə şəxsin məhkum edildiyi və ya pedaqoji fəaliyyətlə məşğul olmasının avtomatik qadağan edildiyi anlamına gəlmir.

Bu baxımdan, konkret şəxsin məktəbdə dərs deməsinin qanuniliyini müəyyənləşdirmək üçün onun barəsində qəbul edilmiş məhkəmə qərarının məzmunu, tətbiq olunan məhdudiyyətlər və əmək münasibətlərinin hüquqi əsasları araşdırılmalıdır.

Əgər müəllim barəsində pedaqoji fəaliyyətinə mane olan hər hansı hüquqi məhdudiyyət mövcuddursa, həmin şəxsin məktəbdə fəaliyyətini davam etdirməsi məsələsinə ayrıca hüquqi qiymət verilməlidir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının mövqeyini verməyə hazırıq.Vətəninfo.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki