Yasamalda yaşayış binasında baş verən yanğın tam söndürülüb.
***
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb.
Korrekt.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
***
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
FHN-dən verilən məlumata görə, hadisə ilə bağlı Nazirliyin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
























