image-2backend

Tramp: “Görməyincə inanmayın” – ABŞ prezidenti Ukrayna-Rusiya danışıqları barədə xəbərdarlıq etdi  

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülh planı ilə bağlı aparılan danışıqlarda ciddi irəliləyiş gözləməməyə çağırıb. Korrekt.az xəbər verir ki, dövlət başçısı bu barədə Truth Social platformasında paylaşım edib.

“Rusiya və Ukrayna arasında sülh danışıqlarında həqiqətən ciddi irəliləyiş mümkündürmü? Bunu öz gözlərinizlə görənə qədər inanmayın, amma yaxşı bir şey baş verə bilər”, – Tramp yazıb.

image-1

Bir gün əvvəl Tramp Ukrayna və Avropa liderlərini onun sülh təşəbbüsünə müqavimət göstərdiklərinə görə tənqid etmişdi. O bildirmişdi ki, Avropa ölkələri Rusiya neftini almağa davam etdiyi halda, Ukrayna rəhbərliyi ABŞ-ın səylərinə görə minnətdarlıq ifadə etmir.

“ABŞ Ukraynaya böyük həcmdə NATO silahı satmaqda davam edir. Korrupsioner Bayden isə silahı və pulları pulsuz verir”, – Tramp iddia etmişdi.

Qeyd edək ki, Cenevrədə ABŞ və Ukrayna Rusiya ilə müharibənin dayandırılması üçün “yenilənmiş və təkmilləşdirilmiş” sülh sazişinin hazırlandığını açıqlamışdı. ABŞ dövlət katibi Marko Rubio da Ukrayna nümayəndə heyəti ilə görüşdən sonra Trampın sülh planına müəyyən düzəlişlərin ediləcəyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki