Bu gün ABŞ Prezidenti Donald Tramp İranla mümkün müharibə ilə bağlı administrasiya daxilində fikir ayrılıqları olduğu barədə yayılan məlumatları rədd edib.Korrekt.az xəbər verir ki, o, bununla bağlı, özünün “Truth Social” platformasında paylaşım edib.
Tramp mediada general Daniel Keynlə yayılan iddiaları təkzib edərək bildirib ki, guya general İranla müharibəyə qarşı çıxıb. Prezidentin sözlərinə görə, Keyn və digər hərbi rəhbərlər münaqişədən qaçmağa üstünlük versələr də, zərurət yaranacağı halda İrana qarşı əməliyyatın “asanlıqla qazanıla biləcəyinə” inanırlar.
ABŞ Prezidenti İranla bağlı “məhdud zərbələr” variantının müzakirə olunduğuna dair xəbərləri də yalan adlandırıb.
Bununla yanaşı, Tramp Tehranla diplomatik razılaşmaya üstünlük verdiyini vurğulayıb. Ancaq o, xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, İran və onun xalqı üçün “çox pis gün” olacaq.





















