image-1backend

“Bu tarixi missiyanın başlanğıcı idi” – Ekspert

image-ads-728x90

 “2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilən Birgə Bəyannamə və sülh sazişinin paraflanması Azərbaycanın 2020-ci ildə başlanan tarixi yolunun diplomatik kulminasiyası və tarixi missiyanın bir qolu idi.”– bu fikirləri saytımıza açıqlamasında İqtisad elmləri üzrə fəlsəfə doktoru, ekspert Arzuman Muradlı bildirib.

image-1

Arzuman  Muradlının sözlərinə görə, ABŞ administrasiyasının vasitəçiliyi ilə imzalanan bu sənəd 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində formalaşmış yeni reallıqların beynəlxalq hüquqi səviyyədə təsbit edilməsi anlamına gəlir.

Ekspert qeyd edib ki, saziş Azərbaycanın ərazi bütövlüyünün dəyişməz prinsip kimi tanındığını, dövlət suverenliyinə tam və birmənalı hörmət öhdəliyinin qəbul edildiyini və Ermənistanla uzun illər davam edən münaqişənin hüquqi baxımdan başa çatdığını rəsmən təsdiqləyib.

“Bu paraflama yalnız iki ölkə arasında razılaşma deyil, eyni zamanda Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının beynəlxalq legitimlik qazanması deməkdir. Regionun iqtisadi inkişafına yeni mərhələ açılır. Bu böyük bir qapıdır. Zəngəzur dəhlizinin  və yaxud Tramp yolunun açıqlaması regionun sürətli iqtisadi inkişafına rəvac verəcək.”- deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlının sözlərinə görə, baş verən bütün proseslər bir daha göstərdi ki, Azərbaycan modelinin əsas sütunu lider, xalq və ordunun sarsılmaz birliyidir.

Ekspert qeyd edib ki, bu baxımdan Azərbaycan İkinci Dünya müharibəsindən sonrakı dövrdə tam və mütləq qələbə əldə etmiş nadir dövlətlərdən biri kimi tarixə düşüb və öz dövlətçilik modelinin real səmərəliliyini həm hərbi, həm siyasi, həm də hüquqi müstəvidə nümayiş etdirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki