Türkiyədə İŞİD terror təşkilatının maliyyə fəaliyyətlərinin araşdırılması çərçivəsində İstanbul və Mersin şəhərlərində əməliyyat keçirilib. Əməliyyat zamanı 7 şübhəli saxlanılıb.
Korrekt.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən istintaq tədbirləri çərçivəsində məlumat verilib.
Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD-in maliyyə mənbələrini müəyyənləşdirmək və qanunsuz pul köçürmələrində iştirak etdiyi ehtimal olunan şəxsləri saxlamaq məqsədilə araşdırma aparıblar.
İstintaq zamanı münaqişə zonaları ilə Türkiyə arasında, eləcə də ölkə daxilində qanunsuz pul köçürmələrinin həyata keçirilməsi ilə əlaqəli olduğu iddia edilən WhatsApp qrupunun üzvləri müəyyənləşdirilib.
Araşdırma materiallarına əsasən, şübhəlilərin Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatlarında İŞİD-ə maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən şəxs və təşkilatlarla pul əməliyyatları apardıqları müəyyən edilib. Həmçinin onların terror təşkilatının fəaliyyəti ilə əlaqələndirilən çoxsaylı şəxslərlə maliyyə köçürmələri həyata keçirdikləri iddia olunur.
İstintaq tədbirləri başa çatdıqdan sonra İstanbulda 10, Mersində isə 1 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Nəticədə 7 şübhəli saxlanılaraq polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma davam edir.





















