image-1backend

Ukrayna ABŞ-ın sülh planından imtina EDİR:  Kiyev Donbassdan qoşunları çıxarmaqdan İMTİNA ETDİ  

image-ads-728x90

Ukrayna, ABŞ-ın sülh planına cavab olaraq, Donbassdakı silahlı qüvvələrini çıxarmaqdan imtina edib. Korrekt.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti, iki yüksək vəzifəli Avropa məmuruna və keçmiş ABŞ məmuruna istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Ukrayna hökuməti, ABŞ prezidenti Donald Trampın administrasiyasının əvvəlcə Rusiyaya vermək istədiyi ərazilər üzərində Ukraynanın nəzarətini qorumağa davam etməli olduğunu bildirib. Ukraynanın cavabı, 10 dekabrda Vaşinqtona göndərilib və 20 bənddən ibarət olub.

“The New York Times” qəzetinin yazdığına görə, cavabda ABŞ-ın ilkin sülh planından, Ukraynanın “qırmızı xətlərini” keçən bəndlər çıxarılıb. Ukraynanın sülh planına verdiyi bu reaksiyanın, ölkənin şərqindəki ərazilər üzərindəki nəzarəti qorumağa davam etmək istədiyini göstərdiyi vurğulanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki