image-1backend

Ukrayna dronlarla Moskvaya və Rusiyanın bir sıra şəhərlərinə hücum edib

image-ads-728x90

Gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) Moskvaya və Rusiyanın bir neçə digər şəhərinə hücum edib. Hücumlar nəticəsində bir sıra obyektlərə ziyan dəyib, bəzi bölgələrdə isə elektrik, istilik və su təchizatında problemlər yaranıb.

Korrekt.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, hava hücumundan müdafiə sistemləri paytaxt üzərində 18 dronu məhv edib. Yerli ictimai qruplar Moskvanın İstra rayonunda və Moskva vilayətinin Kaşira şəhərində partlayış səslərinin eşidildiyini bildiriblər.

Dron hücumu ilə əlaqədar Domodedovo və Jukovski hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Daha sonra tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar da bölgənin kütləvi dron hücumuna məruz qaldığını açıqlayıb. Onun sözlərinə görə, Rostov şəhəri ilə yanaşı Kamensk, Novoşaxtinsk, Millerovo, Çertkovo, Belaya Kalitva, Şoloxov, Tatsinsk, Tarasov, Morozovsk və Konstantinovsk rayonları hücumlardan təsirlənib.

Rəsmi qurumlar hücumun nəticələri barədə ətraflı məlumat verməsə də, yerli mənbələr Rostovda 2 nömrəli İstilik Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması səbəbindən bir neçə rayonun istiliksiz qaldığını bildiriblər. Kamenski rayonunda isə su qəbuledici və nasos stansiyasının işinin dayanması nəticəsində sakinlər su təchizatından məhrum olublar.

Bundan əlavə, bəzi məlumatlara görə, gecə saatlarında Həştərxan Qaz Emalı Zavoduna da ziyan dəyib. NASA peykləri kükürd saxlama sahəsinin yaxınlığında və dənəvər kükürd istehsalı bölməsində yanğın qeydə alıb.

Belqorod şəhərində isə Luç İstilik Elektrik Stansiyasına dron zərbəsindən sonra şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Qeyd edək ki, son həftələr Rusiyanın müxtəlif regionlarına dron hücumları qeydə alınır. Dekabrın 7-nə keçən gecə Saratov şəhərində partlayış səsləri eşidilib, noyabrın 28-də isə Saratov Neft Emalı Zavoduna dron hücumu nəticəsində yanğın baş verib. Dekabrın 5-də isə Ukraynaya məxsus pilotsuz uçuş aparatının Çeçenistanın paytaxtı Qroznıda çoxmərtəbəli binaya zərbə endirdiyi bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki