image-1backend

Volkswagen iflas etdiyini açıqladı: 88 illik zavod BAĞLANDI  

image-ads-728x90

Almaniyanın avtomobil istehsalı nəhəngi Volkswagen 88 illik tarixində ilk dəfə olaraq Almaniya ərazisində fəaliyyət göstərən istehsal müəssisələrindən birini bağlayır. Korrekt.az xəbər verir ki, şirkət sabah Saksoniya əyalətinin paytaxtı Drezden şəhərində yerləşən zavodunda avtomobil istehsalını dayandıracaq.

Məlumata görə, Volkswagen son illər Çin avtomobil istehsalçılarının artan rəqabəti, Avropa bazarında tələbatın azalması və elektrikli nəqliyyat vasitələrinin gözləniləndən daha ləng yayılması ilə üzləşir. Bu çətinliklər fonunda şirkət 2024-cü ilə qədər Almaniyada 35 min iş yerinin ixtisarı və istehsal gücünün azaldılması ilə bağlı işçilər şurası və həmkarlar ittifaqları ilə razılığa gəlib.

Razılaşmaya əsasən, Drezdendəki avtomobil istehsalı müəssisəsində fəaliyyət bu ilin sonunadək dayandırılmalı idi. Qərara uyğun olaraq, zavodda istehsal sabah rəsmi şəkildə dayandırılacaq. Bu addım Volkswagen-in Almaniyada istehsal müəssisəsini bağladığı ilk hadisə kimi tarixə düşəcək.

Drezden zavodunun bağlanması şirkətin Çində satışlarının zəifləməsi, Avropa bazarında tələbatın azalması, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları, eləcə də Almaniyada yüksək enerji xərcləri və sərt bürokratik tələblərlə üzləşməsi fonunda baş verir. Qeyd olunur ki, bu amillər Volkswagen-in maliyyə axınında çətinliklər yaradıb.

Şirkət qarşıdakı beş il ərzində təxminən 160 milyard avro həcmində investisiyanı maliyyələşdirməyi planlaşdırır ki, bu da mövcud şəraitdə əlavə yük kimi qiymətləndirilir.

Volkswagen-in Drezden zavodu 2002-ci ildə fəaliyyətə başlayıb və bu müddət ərzində 200 mindən az avtomobil istehsal edib. Zavod şirkət tərəfindən uzun müddət texnoloji imkanların nümayiş olunduğu “flaqman” layihə kimi təqdim edilib. Burada əvvəlcə Phaeton, daha sonra isə ID.3 modelləri istehsal olunub. Lakin bu modellər şirkətin ümumi satış göstəricilərinə əhəmiyyətli töhfə verə bilməyib.

Analitiklərin fikrincə, Drezden zavodunun bağlanması Volkswagen-in Çindən gələn sərt rəqabət, ABŞ tarifləri, Almaniyada yüksək istehsal və enerji xərcləri, geniş işçi hüquqları və mürəkkəb daxili bürokratiya şəraitində fəaliyyətini optimallaşdırmaq üçün atdığı zəruri, lakin simvolik addım kimi qiymətləndirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki