image-1backend

Türkiyə şou-biznesində narkotik və fahişəlik qalmaqalı: Deniz Çakırın da adı hallanır

image-ads-728x90

Türkiyənin məşhur “Möhtəşəm Yüzyıl” serialının aktrisalarından Deniz Çakırın narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində saxlanıldığı iddia edilir.

Korrekt.az xəbər verir ki, İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində ümumilikdə 35 nəfər saxlanılıb. Onların arasında Türkiyə şou-biznesinin bir sıra tanınmış simalarının da olduğu bildirilir.

Məlumatda saxlanılan şəxslər arasında Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Pınar Bent, Ceylan Kaya, Özcan Deniz və digər şəxslərin adları çəkilir.

Qeyd edək ki, təqdim olunan məlumatda Deniz Çakırın saxlanılması ilə bağlı iddia irəli sürülsə də, adları açıqlanan 35 nəfərlik siyahıda aktrisanın adı yer almır. Onun barəsindəki iddianın rəsmi təsdiqi barədə də məlumat verilməyib.

Xatırladaq ki, Deniz Çakır 2020-ci ildə, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanı dəstəkləyən paylaşım və mövqeləri ilə də gündəmə gəlmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki