image-fb_img_1763757124025backend

Yanğında ölənlərdən biri Könül Vəlibəylidir

image-ads-728x90

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yağında həlak olan üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Hümbətova Könül Vəlibəy (Vəlibəyli) qızıdır.

Teleqraf-ın məlumatına görə, K.Vəlibəyli sözügedən binada kirayə qalırmış.

Qeyd edək ki, hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.

Faktla bağlı cinayət işi açılıb.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki