image-1backend

Zelenski ABŞ-a gedə bilər – CBS  

image-ads-728x90

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın təklif etdiyi Ukrayna münaqişəsinin nizamlanması planını Vaşinqtonda müzakirə etmək üçün bu həftə ABŞ-a səfər edə bilər. Korrekt.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb .

Telekanal öz mənbələrinə istinadən xəbər verir ki, “Amerika və Ukrayna rəsmiləri Şükran gününə qədər Ukrayna məsələsində razılığa gəlmək məqsədi ilə bu həftə Zelenskinin ABŞ-a səfəri imkanını müzakirə edirlər”.

Zelenski Vaşinqtona getsə, bu, onun bu il Ağ Evə dördüncü səfəri olacaq.

Bir müddət əvvəl ABŞ dövlət katibi Marko Rubio Cenevrədə Ukrayna tərəfi ilə danışıqlara yekun vurarkən bəyan etmişdi ki, Ukrayna münaqişəsinin nizamlanması planı ilə bağlı fikir ayrılıqları qalmaqdadır, lakin onlar aşılmaz deyil və tərəflər onların üzərində işləməyə davam edəcəklər.

Rubionun sözlərinə görə, Vaşinqtonun hazırladığı plan məsləhətləşmələrin gedişindən asılı olaraq dəyişə bilər.

ABŞ administrasiyası Ukrayna münaqişəsinin həlli ilə bağlı 28 bəndlik plan təqdim edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki