Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya tərəfindən Ukraynaya qarşı başlatılan tammiqyaslı müharibənin dördüncü ildönümü ilə bağlı bəyanat verib. Zelenski, bu gün Putin tərəfindən “Kiyevi üç gündə ələ keçirir” bəyanatının üzərindən tam 4 il keçdiyini bildirib.
Korrekt.az xəbər verir ki, Zelenski qeyd edib ki, bu müddət ərzində Ukraynanın göstərdiyi müqavimət çox şey deyir: “Bu sözlərin arxasında milyonlarla xalqımız, böyük cəsarət, zəhmət, dözümlülük və Ukraynanın 24 fevraldan bəri keçdiyi böyük yol dayanır”.
Prezident həmçinin vurğulayıb ki, Ukrayna müstəqilliyini müdafiə etməyi bacarıb, dövlətçiliyini itirməyib və Putin məqsədlərinə çata bilməyib: “O, ukraynalıları sındırmadı, bu müharibədə qalib gəlmədi. Biz Ukraynanı qoruduq və sülhə və ədalətə nail olmaq üçün hər şeyi edəcəyik”, – deyə Zelenski əlavə edib.
Bu müddət ərzində Ukrayna xalqı həm daxili, həm də beynəlxalq səviyyədə müharibə şəraitində öz mövqeyini qorumağa çalışıb, müharibə nəticəsində ciddi iqtisadi və sosial təsirlər olsa da, Ukrayna dövlətçiliyi hələ də möhkəm durur.





















