image-timthumb-2backend

“ABŞ-ın düşməni olmaq təhlükəlidir, dostu olmaq isə ölümcüldür” – Aleksandr Vuçiç Kissincerdən sitat gətirdi  

image-ads-728x90

Serb mətbuatı ABŞ-ın xarici siyasəti ilə bağlı diqqətçəkən məqalə ilə çıxış edib. Korrekt.az xəbər verir ki, jurnalist yazısında məşhur amerikalı diplomat Henri Kissincerin sitatına istinad edərək Vaşinqtonun müttəfiqlərinə münasibətini şərh edib.

Jurnalistin xatırlatdığına görə, “Amerika Birləşmiş Ştatlarının düşməni olmaq təhlükəlidir, dostu olmaq isə ölümcüldür” ifadəsi Henri Kissincerə məxsusdur. Bu fikir 1963-cü ildə sui-qəsd nəticəsində öldürülən Cənubi Vyetnam lideri Nqo Din Dyemin taleyi müzakirə olunarkən səsləndirilib. Jurnalistin fikrincə, bu ifadə ABŞ-ın lazım gəldikdə öz müttəfiqlərindən asanlıqla imtina edə biləcəyini göstərir.

Məqalədə Serbiya Prezidenti Aleksandr Vuçiçin də mövqeyinə yer verilib.

Vuçiç bildirib ki, bir müddət əvvəl Henri Kissincerlə söhbət etmək imkanı olub və ona birbaşa sual ünvanlayıb: müasir dünyada Amerikanın dostu olmaq daha yaxşıdır, yoxsa düşməni?

Serbiya prezidentinin sözlərinə görə, Kissincer cavabında “dünyada ən pis şey Amerikanın düşməni olmaqdır” deyib. Lakin o əlavə edib ki, bundan bir qədər də pis ola biləcək yeganə vəziyyət Amerikanın dostu olmaqdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki