ABŞ-ın müdafiə naziri Pit Heqsetin İsrailə gizli səfər edərək Baş nazir Binyamin Netanyahu ilə görüş keçirdiyi bildirilir.
Korrekt.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, görüş bazar ertəsi günü baş tutub. Görüşün məzmunu və müzakirə olunan məsələlər barədə ətraflı məlumat açıqlanmayıb.
“Axios” qeyd edir ki, Heqsetin səfəri ABŞ Prezidenti Donald Trampın İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində Netanyahuya dəstəyini ifadə etməsi ilə bağlı xəbərlərin yayılmasından sonra gündəmə gəlib.
Məlumata əsasən, görüş ABŞ və İsrail arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalının müzakirə olunduğu bir vaxta təsadüf edib.
Tərəflərin görüş zamanı konkret hansı qərarları müzakirə etdiyi və İrana qarşı mümkün hərbi planlarla bağlı razılığın əldə olunub-olunmadığı hələlik məlum deyil.
Qeyd edək ki, görüşün təfərrüatları barədə rəsmi açıqlama verilməyib.





















