image-1backend

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və SKAL International Baku-nun birgə təşkilatçılığı ilə tədbir keçiriləcək

image-ads-728x90

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və SKAL International Baku-nun birgə təşkilatçılığı ilə Qafqaz City Hotel-də turizm sektorunun əsas maraqlı tərəflərini bir araya gətirən İllik Turizm Dəyərləndirilməsi tədbiri keçiriləcək.

Tədbir çərçivəsində təşkil olunacaq panel müzakirəsinin əsas mövzusu “2025-ci ilin Turizm Dinamikası və 2026-cı ilə Baxış” olacaq. Paneldə Azərbaycanın turizm destinasiyası kimi rəqabətqabiliyyətli turizm məhsulunun yaradılması, eləcə də təchizat (tədarük) dəyər zəncirində innovativ yanaşmaların tətbiqi məsələləri geniş şəkildə müzakirə ediləcək.

Panel müzakirəsində dövlət qurumlarının nümayəndələri, turizm assosiasiyaları, hotellər, turizm şirkətləri, sağlamlıq və termal turizm müəssisələri, eləcə də sektor üzrə ekspertlər iştirak edəcək. Müzakirələr zamanı 2025-ci ilin nəticələri təhlil ediləcək, qlobal və regional turizm trendləri fonunda Azərbaycanın mövqeyi qiymətləndiriləcək və 2026-cı il üçün strateji prioritetlər müəyyənləşdiriləcək.

Tədbirin əsas məqsədi turizm sənayesində dəyər əsaslı məhsul inkişafı, innovasiya, davamlılıq və sektorlararası əməkdaşlığın gücləndirilməsi yolu ilə Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət üstünlüyünün artırılmasına töhfə verməkdir.

AHTTSA və SKAL International Baku bu tədbirlə turizm ictimaiyyəti üçün açıq dialoq platforması yaradaraq, dövlət–özəl sektor əməkdaşlığının dərinləşdirilməsini və turizmin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsini hədəfləyir.

Əlaqə:
AHTTSA – Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası
SKAL International Baku

Press reliz mediada yayımlanmaq üçün nəzərdə tutulmuşdur



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki