image-1backend

Azərbaycan və  İran prezidentləri görüşüb

image-ads-728x90

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və iranlı həmkarı Məsud Pezeşkian Türkmənistanda keçirilən beynəlxalq sammitlər çərçivəsində görüşüblər. Görüş Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclası və Xəzər dənizinin ətraf mühitinin mühafizəsinə həsr olunmuş sammit çərçivəsində baş tutub.

Korrekt.az xəbər verir ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və birgə əməkdaşlığın inkişafı müzakirə olunub. Tərəflər iki xalq arasındakı mehriban qonşuluq münasibətlərini vurğulayaraq müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün mövcud imkanlardan istifadənin vacibliyini qeyd ediblər.

Prezidentlər əldə olunmuş razılaşmaların icrasının sürətləndirilməsi, davam edən layihələrin tamamlanması və əməkdaşlıq sahələrinin genişləndirilməsi məsələlərinə də toxunublar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki