image-1backend

“Beş il ərzində Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb”

image-ads-728x90

2020-ci il noyabrın 20-də Ağdam rayonu bir güllə atmadan, qan tökülmədən işğaldan azad olundu. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandığı qələbənin nəticəsi idi. Döyüş meydanında əldə edilən uğur Ağdamla yanaşı, Kəlbəcər və Laçın rayonlarının da azad olunmasına imkan verdi.
Ağdamın işğaldan sonrakı mənzərəsi dəhşətli idi. Şəhər yerlə yeksan edilmişdi. Bu səbəbdən Ağdama Qafqazın Xirosiması da deyirdilər. Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Təkcə Ağdamda 100 minə yaxın mina basdırılıb. Otuz ilə yaxın işğal müddətində qadınlar və uşaqlar da daxil olmaqla, yüzlərlə şəxs mina qurbanına çevrilib. Basdırılmış minalar regionda həyata keçirilən tikinti və bərpa prosesinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə yaradır.
Ermənistan tərəfi beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adları da dəyişdirib, oradakı mülkiyyəti talan edib. Bütün müsəlman abidələri dağıdılıb və təhqir olunmuşdu. Eyni zamanda məsciddən hərbi məqsədlər və ya tövlə kimi istifadə etmişdilər. Cənab Prezidentin də söylədiyi kimi, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir.
Son 5 ildir, Ağdamda yeni mərhələ başlayıb. Ən çox minalanmış ərazi olmasına baxmayaraq, burada yüksək səviyyəli bərpa-quruculuq işləri aparılır. Şəhərin baş planına uyğun olaraq burada yeni yaşayış məntəqələri inşa olunmaqdadır. Cənab Prezidentin Ağdama səfəri zamanı yeni yaşayış məntəqləri, sosial obyektlər istifadəyə verilir. Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin edilir. Eyni zamanda burada müasir standartlara uyğun sənaye müəssisələri fəaliyyətə başlayıb. Bu da bura geri qayıdan əhalinin məşğulluğunun təmin olunmasına töhfə verir.
Ümumiyyətlə, keçmiş məcburi köçkünlərimizin geri qayıtması, burada firavan və təhlükəsiz şəraitdə yaşaması üçün kompleks tədbirlər həyata keçirilir. Bu ildən etibarən Ağdama köç də baş tutub. Belə ki, 2025-ci ilin oktyabr ayına qədər 825 ailə, yəni 3318 nəfər doğma yurdlarına qayıdıb.
Prezident İlham Əliyev Ağdama səfərlərininbirində söyləmişdir ki, “biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bərpa işlərinə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik”. 5 il ərzində Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atıldı və bu gün biz konkret nəticələr görürük. Hazırda Ağdamda genişmiqyaslı tikinti və bərpa işləri davam edir. 20 noyabr Ağdam şəhər günündə Ağdam daha güclü, daha müasir bölgə kimi inkişaf nümunəsi sərgiləyir. Üçrəngli bayrağımız Ağdamda əbədi dalğalanacaq.

Könül Nurullayeva

Milli Məclisin deputatı

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki