image-images-1backend

Britaniya səfirliyi Bakıda aylıq 2 529 dollar maaşla işçi axtarır

image-ads-728x90

Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda Siyasi məsələlər üzrə əməkdaş (Political Officer) vəzifəsi üçün vakansiya elan edib.

Korrekt.az xəbər verir ki, vəzifəyə qəbul olunacaq şəxs Azərbaycanda və regionda siyasi prosesləri izləyəcək, təhlillər və hesabatlar hazırlayacaq, dövlət qurumları, media, akademik dairələr və vətəndaş cəmiyyəti ilə əlaqələr quracaq.

Namizədə ingilis və Azərbaycan dillərində C1 səviyyəsində danışıq və yazı bacarığı, beynəlxalq münasibətlər, siyasi elmlər və ya əlaqəli sahədə ali təhsil, Azərbaycan hökumətinin və siyasi strukturlarının fəaliyyəti barədə yaxşı biliklər tələb olunur.

Sosial media hesablarının idarə olunması, rəqəmsal kampaniyalar, tədbirlərin təşkili, Canva kimi yaradıcı alətlər və süni intellekt vasitələrindən istifadə təcrübəsi isə əlavə üstünlük hesab edilir.

Maaş: aylıq 2 529,89 ABŞ dolları (vergilər tutulmamış), ödəniş AZN ilə həyata keçiriləcək

İş qrafiki: tam iş günü, həftədə 40 saat

Müqavilə: müddətsiz

İş yeri: Bakı, Britaniya səfirliyi

Vakansiya sayı: 1

İşə başlama tarixi: 1 noyabr 2026-cı il

Son müraciət tarixi: 29 sentyabr 2026-cı il

Namizədlərin Azərbaycanda yaşamaq və işləmək hüququ olmalıdır. Səfirlik iş və yaşayış icazəsinin alınmasına sponsorluq etmir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki