image-1backend

TEKNOFEST-ə ziyarətçi qeydiyyatı başladı

image-ads-728x90

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST 2026-cı ildə Şanlıurfada keçiriləcək.

Korrekt.az xəbər verir ki, 30 sentyabr – 4 oktyabr tarixlərində Şanlıurfa GAP Hava Limanında təşkil olunacaq TEKNOFEST Cənub-Şərqi üçün ziyarətçi qeydiyyatına start verilib.

Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin əsas təşkilatçılığı ilə keçiriləcək festival Türkiyənin aparıcı texnologiya şirkətləri, dövlət qurumları, media təşkilatları və universitetlərin dəstəyi ilə baş tutacaq.

Festival çərçivəsində 61 əsas və 143 alt kateqoriya üzrə texnologiya yarışları təşkil ediləcək. İlkin mərhələni uğurla keçən komandalar 100 milyon TL-dən çox maliyyə dəstəyindən, yarışlarda qalib gələn iştirakçılar isə 75 milyon TL-dən artıq mükafat fondundan yararlanacaqlar.

2018-ci ildən etibarən keçirilən və milyonlarla insanı bir araya gətirən TEKNOFEST bu dəfə qədim sivilizasiyaların mərkəzi hesab olunan Şanlıurfada təşkil ediləcək. Festival elm və texnologiyanı tarixi irslə birləşdirərək ziyarətçilərə zəngin proqram təqdim edəcək.

TEKNOFEST Cənub-Şərqi çərçivəsində hava şouları, konsertlər, səhnə proqramları, sərgilər, təlim seminarları, simulyasiya zonaları, elm nümayişləri, yerli istehsal olan quru və hava nəqliyyat vasitələrinin sərgiləri və müxtəlif interaktiv fəaliyyətlər keçiriləcək.

Festivalda iştirak ödənişsizdir. Ziyarətçilər tədbirə qatılmaq üçün əvvəlcədən onlayn qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün Türkiyənin yeni nəsil sosial media platforması olan NSosyal-da hesabın olması tələb edilir.

Məhdud tutum səbəbindən hər bir iştirakçı üçün ayrıca bilet yaradılacaq. Yeddi yaşdan kiçik uşaqlar üçün qeydiyyat tələb olunmur. Tədbir ərazisinə giriş və çıxış hər gün saat 09:00-dan 20:00-dək mümkün olacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki