image-1backend

Həkimlərdən sensasion xəbərdarlıq: Xərçəng və infarkt riskini 35% artıran gizli təhlükə

image-ads-728x90

Böyük Britaniyanın Oksford Universitetinin alimləri 88 mindən çox insan üzərində aparılan 6 illik genişmiqyaslı tədqiqatın dəhşətli nəticələrini açıqlayıblar.

Mütəxəssislər müəyyən ediblər ki, hər gün gecə saat 23:00-dan sonra yatan şəxslərdə ürək-damar xəstəliklərinə tutulma və qəfil infarkt riski tam 35 faiz daha yüksəkdir.

Tədqiqat zamanı insan orqanizminin təbii sirkad ritmlərinin (bioloji saatının) pozulmasının birbaşa qanda təzyiqin yüksəlməsinə və damarların sərtləşməsinə gətirib çıxardığı faktlarla sübut olunub.

Alimlər xüsusilə vurğulayırlar ki, gecə yarısından sonra oyaq qalmaq orqanizmdə xərçəng hüceyrələrinin yaranmasına qarşı mübarizə aparan melatonin hormonunun ifrazını 80 faizə qədər dayandırır.

Həkimlər sağlam yaşamaq və immun sistemini qorumaq üçün ideal yatmaq vaxtının saat 22:00 ilə 23:00 aralığı olduğunu bildirir və bu saatdan gecikməməyi təcili şəkildə tövsiyə edirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki