image-1backend

Bu da pullu olacaq – Həftəsonu daha da BAHALAŞACAQ

image-ads-728x90

Avropanın məşhur turizm şəhərlərindən Venesiyada turistlər üçün tətbiq edilən giriş rüsumunun artırılması planlaşdırılır. Yeni sistemə əsasən, həftə sonları və rəsmi bayram günlərində ödənişin 30 avroyadək yüksəldilməsi nəzərdə tutulur.

Venesiyada turist axınının yaratdığı sıxlığı azaltmaq məqsədilə tətbiq edilən gündəlik ziyarətçi rüsumunun artırılması gündəmə gəlib. BILD-in məlumatına görə, şəhər rəhbərliyi xüsusilə həftə sonları və rəsmi bayram günlərində daha yüksək ödəniş tətbiq etməyi planlaşdırır.

Yeni sistem qüvvəyə minərsə, turistlər bəzi günlərdə hazırkı 5 və ya 10 avro əvəzinə 30 avroyadək ödəniş etməli ola bilərlər. Dəyişikliyin 2027-ci ildə tətbiqinə başlanması gözlənilir.

Venesiyada turist rüsumunun mövcud səviyyəsinin şəhərdəki həddindən artıq turist sıxlığının qarşısını almaq üçün kifayət etmədiyi düşünülür.

Yeni yanaşma ilə turistlərin həftə sonları və bayram günləri əvəzinə daha sakit tarixlərdə Venesiyaya səfər etməsinin təşviq edilməsi planlaşdırılır.

Pilot layihə çərçivəsində 2026-cı il iyulun 27-dək həftə sonları və rəsmi bayram günlərində 5 və 10 avroluq ödənişlər tətbiq edilib. Hazırda isə şəhərə bir günlük səfər edən turistlərdən bu rüsum tutulmur.

Tətbiqin 2027-ci ilin yazında yenidən başlaması gözlənilir.

Venesiyanın yerli rəhbərliyi yalnız günübirlik turistlərdən alınan rüsumu deyil, şəhərdə bir neçə gün qalan turistlər üçün tətbiq olunan verginin də artırılmasını nəzərdən keçirir.

Otel və mənzillərdə qalan turistlərdən alınan gecələmə vergisinin yüksəldilməsi mümkün variantlar arasında yer alır.

Yeni sistemin qüvvəyə minməsi üçün İtaliya hökumətinin təsdiqi tələb olunur.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki