Korrekt.az xəbər verir ki, Yasin Bəhmənzadə adlı istifadəçi vətəndaşları ehtiyatlı olmağa çağıraraq həmin şəxsin müxtəlif şirkətlər adından insanları aldatdığını bildirib.
Ən diqqətçəkən məqam isə odur ki, bu şəxs məsuliyyətdən yayınmaq üçün mütəmadi olaraq bir həftəliyə psixiatriya xəstəxanasında yatır və çıxdıqdan sonra analoji əməllərini davam etdirir.
Paylaşımda qeyd olunur ki, saxta iş adamı hətta öz qohumlarını da şərikli biznes bəhanəsi ilə aldadıb. Hadisənin üstü açıldıqda isə yaxınları onun ruhi xəstə olduğunu deyib məsələni ört-basdır etməyə çalışırlar.
Zərərçəkən vətəndaş digər şəxslərin də bu tələyə düşməməsi üçün aidiyyəti qurumları və ictimaiyyəti diqqətli olmağa çağırıb.






















