Korrekt.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdiyini bildirib. Əraqçı qeyd edib ki, İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana iki səfəri baş tutub. “Biz Azərbaycan Prezidenti cənab İlham Əliyevi Tehranda qəbul etməyi səbirsizliklə gözləyirik”, – deyə, nazir açıqlayıb.





















