image-1backend

“Ermənistan verdiyi sözdən qaça bilməz”- Politoloq

image-ads-728x90

Politoloq Arzuman Muradlı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının gecikməsinin müəyyən problemlər yarada biləcəyini bildirib.

Onun sözlərinə görə, hazırda əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır və Ermənistanın bu məsələ ilə bağlı rəsmi mövqeyi mövcuddur.

“Rəsmi İrəvan bu məsələdən yayınmaq imkanına malik deyil və ABŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir.  Ermənistanda keçiriləcək seçkilər səbəbindən proses müəyyən qədər ləngiyir.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq  bildirib ki, əgər Ermənistanın baş naziri Nikol Paşinyan növbəti seçkilərdə də qalib gəlsə, hazırda səsləndirilən planların reallaşması mümkün olacaq.

“Sülh müqaviləsinin gecikməsi müəyyən problemlər yarada bilər. Əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Hesab edirəm ki, istənilən halda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq və Zəngəzur dəhlizi açılacaq”, – deyə Arzuman Muradlı vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki