image-1backend

Gülüstan müqaviləsi ilə bağlı faktlar – ANIN TARİXİ

image-ads-728x90

Azərbaycan Televiziyasının efirində daha bir maraqlı film hekayə yayımlanıb. Filmdə Rusiya imperiyasının Rusiya imperiyasının Qafqazda işğalçılıq siyasəti ilə bağlı maraqlı faktlar təqdim edilib.  “Gülüstan müqaviləsi ilə bağlı faktlar – ANIN TARİXİ”- film hekayədə  arxivlərdə gizlədilən mühüm faktlar ortaya çıxarılıb.

Film hekayənin ssenari müəllifi Səxavət Sahilin apardığı araşdırma Rusiya İmperiyasının işğalçılıq siyasətini detalları ilə təqdim edilib. Filmdə qeyd edilir ki, 1804-cü ilin mayında Qacar hökmdarı Fətəli şah və İranın yuxarı feodal dairələri rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdilər. Həmin ilin iyulunda Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi.

İran şahının vəliəhdi Abbas Mirzə 1804-cü ilin yayında Rusiyaya qarşı hərbi əməliyyatlara başladı. 1805-ci ilin iyununda Qacar qoşunları Qarabağa daxil olaraq rus qarnizonunun yerləşdiyi Şahbulaq qalasını mühasirəyə aldılar. Müharibənin ilk böyük döyüşü isə 1804-cü ilin iyulunda İrəvan xanlığının ərazisində, Üçkilsə divarları yaxınlığında baş verdi.

12 topu olan 3600 nəfərlik rus piyada bölməsi, süvari eskadronu və iki kazak yüzlüyü 20 minlik İran ordusu ilə qarşılaşdı. Gürcü süvari dəstələrinin köməyi ilə rus qoşunları döyüşdə üstünlük qazandılar.

1806-cı ilin yayında döyüşlər yenidən başladı. Şahzadə Abbas Mirzə Tiflis, Qarakilsə və Gəncə istiqamətlərindən Gürcüstana yürüş etməyə hazırlaşırdı. Lakin rus qoşunları Xanaşen aşırımında İran ordusunu məğlub etdilər və şah qoşunları Arazın o tayına çəkilməyə məcbur oldu.

Çar generallarının əsas məqsədi Azərbaycanın şimal torpaqlarını işğal etmək idi. Rus komandanlığı Bakı və Quba xanlıqlarının tutulmasına xüsusi əhəmiyyət verirdi. General Qriqori Sisianov 1806-cı ildə çara yazırdı:

“Nə qədər ki Bakı xanlığı alınmayıb, Şirvan və Qarabağdakı nailiyyətlər həmişəlik təhlükədə qalacaq.”

1806-cı ilin sonunda Talış, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Şimali Azərbaycanın böyük hissəsi Rusiya imperiyası tərəfindən işğal edildi. Rus komandanlığı Osmanlı dövləti ilə müharibənin yaxınlaşdığını gördüyü üçün İranla sülh bağlamağa çalışırdı.

1806-cı ilin sentyabrında şah sarayı öz nümayəndəsini sülh təklifi ilə Qafqazdakı rus qoşunlarının baş komandanı İvan Qudoviçin yanına göndərdi. Lakin Rusiya tərəfi İrəvan və Naxçıvan xanlıqlarını da tələb etdiyindən danışıqlar nəticəsiz başa çatdı.

1808-ci ilin mayında 10 minlik Qacar ordusu İrəvanda toplandı. General İvan Qudoviçin rəhbərlik etdiyi rus qoşunları İrəvanı mühasirəyə alsalar da uğur qazana bilmədilər və geri çəkildilər. Rus ordusu Naxçıvanı da tərk etməyə məcbur oldu. Abbas Mirzə Naxçıvanı yenidən ələ keçirərək rus qoşunlarını təqib etməyə başladı. Qarabağda baş verən döyüşdə Qudoviç yenidən məğlub oldu və istefa verdi.

Fransa və İngiltərə İranla Rusiya arasında razılığın əldə olunmasına mane olmağa çalışırdı. 1808-ci ildə İngiltərənin nümayəndəsi Harford Cons Tehrana gəldi və Fətəli şaha qiymətli hədiyyələr təqdim etdi. İngiltərə ilə İran arasında bağlanan müqaviləyə əsasən, İngiltərə şaha maddi və silah yardımı göstərməyi öhdəsinə götürdü.

1809-cu ildə Rusiya ilə Qacarlar arasında yeni toqquşmalar başladı. 1810-cu ilin aprelində Əsgəranda yenidən sülh danışıqları aparıldı, lakin tərəflərin qarşılıqlı iddiaları səbəbindən nəticəsiz qaldı.

1811-ci ildə Rusiya Osmanlı dövləti ilə müharibədə üstünlük əldə etdi və 1812-ci ilin mayında Buxarest sülh müqaviləsi imzalandı. Bundan sonra Rusiya diqqətini yenidən Qacarlarla müharibəyə yönəltdi.

1812-ci ilin əvvəlində Abbas Mirzənin 20 minlik ordusu Qarabağa daxil olaraq Şahbulağı tutdu. General Pyotr Kotlyarevski İran ordusunu geri çəkilməyə məcbur etdi. Həmin ilin yayında Fransanın Rusiyaya qarşı müharibəyə başlaması Qacarları ruhlandırdı. İran qoşunları Gəncə və Şəki istiqamətlərində hücumlara başladılar.

1812-ci ilin avqustunda 10 minlik Qacar ordusu Talış xanlığında yerləşdi. General Kotlyarevski oktyabrın 18-də Aslandüz döyüşündə Abbas Mirzəyə ağır zərbə endirdi və Talış xanlığı istiqamətində irəlilədi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası rus qoşunları tərəfindən tutuldu.

Rusiyanın Fransa üzərində qələbəsi Qacarların bütün ümidlərini puça çıxardı. İranın məğlubiyyəti və beynəlxalq vəziyyətin dəyişməsi sülh danışıqlarının başlanmasına səbəb oldu.

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya ilə Qacar dövləti arasında 11 maddədən ibarət Gülüstan sülh müqaviləsi imzalandı. Müqavilə Rusiya tərəfindən general Nikolay Rtişşev, Qacar dövləti tərəfindən isə Mirzə Əbülhəsən xan Şirazi tərəfindən imzalandı.

Müqaviləyə əsasən, Qacar dövləti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Dərbənd və Talış xanlıqlarının, həmçinin Gürcüstan və Dağıstanın Rusiya imperiyası tərəfindən işğalını rəsmən tanıdı. İrəvan və Naxçıvan xanlıqları isə hələlik Qacarların hakimiyyəti altında qaldı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki