image-1backend

“Paşinyan öldürülə bilər”- Politoloq

image-ads-728x90

Politoloq Arzuman Muradlı bildirib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi gərginlik pik həddə çatır.

“Rusiyaya bağlı qüvvələr və daşnak dairələri Nikol Paşinyanın yenidən hakimiyyətə gəlməsini istəmir və bu səbəbdən ölkədə müxtəlif təxribatların baş verməsi qaçılmaz görünür. Kreml Ermənistanı öz təsir dairəsindən çıxarmaq niyyətində deyil. Bu səbəbdən də Paşinyanı istənilən yolla neytrallaşdırmağa çalışırlar. Artıq Ermənistanda seçki ajiotajı formalaşıb və Paşinyana qarşı birləşən qüvvələr aktiv mərhələyə keçiblər.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq  vurğulayıb ki, təxribatların daha təhlükəli mərhələyə keçməsi ehtimalı da istisna deyil: “Paşinyana qarşı fiziki təhlükə belə yarana bilər. Ermənistanda buna bənzər hadisə 2008-ci ildə də baş verib”.

Arzuman Muradlı  hesab edir ki, Ermənistanın inkişafı və regionda sülhə daha yaxın olması üçün Paşinyanın hakimiyyətdə qalması vacibdir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki