İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri tərəfindən hazırlanmış “Fars Körfəzi” raketi dəniz hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulmuş silah sistemlərindən biri kimi təqdim olunur.
Korrekt.az xəbər verir ki, raketlər əsasən döyüş gəmiləri, o cümlədən təyyarədaşıyanlar kimi iri və hərəkətli dəniz hədəflərini məhv etmək məqsədi ilə hazırlanır.
SEPAH-ın Aerokosmik Qüvvələri hələ 2010-cu ildə “Fars Körfəzi” raketinin sınağının uğurla həyata keçirildiyini açıqlamış və bu silahı İranın dəniz hədəflərinə qarşı ilk hipersəs ballistik raketi kimi təqdim etmişdi.
Ekspertlərin fikrincə, bu cür silah sistemlərinin ön plana çıxarılması və İranın regionda nəzarət iddialarını gücləndirməsi Fars körfəzində onsuz da həssas olan təhlükəsizlik balansına mənfi təsir göstərə bilər. Belə addımlar bölgədə yeni gərginliklərin yaranması riskini artıran amillərdən biri kimi qiymətləndirilir.


















