image-1backend

The Atlantic-dən İDDİA : Məşhur kəşfiyyatçını atası öldürüb   

image-ads-728x90

“The Atlantic” jurnalı İranda illər əvvəl qətlə yetirilən iranlı kiber-mütəxəssis Məhəmməd Hüseyn Tacikin işi ilə bağlı yeni detalları paylaşıb. Araşdırmaya görə, o, həm İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi, həm də Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqədə olub və onun ölümündə atasının rolunun olduğu ehtimal edilir.

Korrekt.az xəbər verir ki, araşdırma amerikalı təhlükəsizlik jurnalisti Şeyn Harris tərəfindən hazırlanıb. Məlumata görə, Tacik bir müddət MKİ üçün çalışıb və İranla bağlı həssas məlumatlar ötürüb. ABŞ rəsmiləri onun İran və Hizbullah barədə “ən dəyərli casuslardan biri” olduğunu bildiriblər. 2013-cü ildən sonra tərəflər arasında əlaqələr kəsilib.

Tacik 1979-cu il inqilabından sonra İran təhlükəsizlik sisteminin qurucularından biri kimi tanınan Hacı Vəlinin oğludur. 2016-cı ildə Tacik Harrislə yenidən əlaqə saxlayıb, ancaq hadisədən bir saat sonra Tacik evində ölü tapılıb. Onun yanında isə sonuncu dəfə atası olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki