Korrekt.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ölkədə büdcə məhdudiyyətləri, sanksiyalar və dövlət xərcləri arasındakı balans haqqında danışarkən deyib:
“Deyirsiniz ki, pul verin. Bizim nə qədər pulumuz varsa, hamıya paylayırıq. Büdcədə 2% artım o deməkdir ki, biz özümüzü mümkün olan ən son həddə qədər sıxmışıq. Sonra da deyir ki, maaşları artır, amma vergi də alma. Çox gözəl, mən maaşları artırım, bəs bu pulu haradan verim? Neftimiz də ki, sanksiyaya məruz qalıb. Yəni, biz özümüz ölkəni böhrana sürükləyirik, sonra da deyirik ki, niyə belə oldu? Allah o kəsə rəhmət eləsin ki, öz potensialını bilsin. O ‘SWOT’ analizi dedikləri şeyi birinci özümüz üçün edək, özümüzü tanıyaq, hansı imkanlara malik olduğumuzu görək. Ətrafımıza baxaq, hansı təhlükələrin olduğunu görək. Sonra oturaq baxaq ki, biz bu imkanlarla və bu vəziyyətlə haradayıq, hara getmək istəyirik və bu yolu necə getməliyik. Bax, o zaman səlahiyyət vermək olar. Deputatlardan biri deyirdi ki, suyu belə düzəltmirlər, belə edirlər… Mən də dedim ki, gəl, haranı deyirsənsə sənə verirəm, səlahiyyət də verirəm. Get, suyunu düzəlt. Kənardan durub ‘belə etmirlər’ demək asandır. De görüm necə edirlər? Təkcə deməklə olmur, gəl səlahiyyət verim, get icra et!”


















