image-1backend

Məşhur alim ABŞ-da qətlə yetirildi

image-ads-728x90

Amerikalı nüvə fiziki və Massaçusets Texnologiya İnstitutunun Plazma Fizikası və Termonüvə Füzyonu Mərkəzinin direktoru Nuno Loureiro ABŞ-da qətlə yetirilib.

Korrekt.az xəbər verir ki, USA Today qəzeti ştat hüquq-mühafizə orqanlarına istinadən xəbər verib ki, alim dekabrın 15-də Bruklindəki evində güllə yaraları ilə tapılıb. Nuno Loureiro xəstəxanaya yerləşdirilsə də, ertəsi gün dünyasını dəyişib. Qətllə bağlı cinayət işi başlanıb və cinayətkarın axtarışı davam edir.

Məlumata görə, dekabrın 13-ü axşamı naməlum silahlı şəxs Braun Universitetinin mühəndislik və fizika fakültələrinin yerləşdiyi yeddi mərtəbəli kompleksində atəş açıb. Hadisə nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb. FTB bildirib ki, universitetdə baş verən atışma ilə Loureironun evindəki qətl arasında birbaşa əlaqə aşkar edilməyib.

Nuno Loureiro Portuqaliyada anadan olub və 2005-ci ildə ABŞ-a köçüb. O, nüvə fizikasına və termonüvə füzyon sahəsinə verdiyi töhfələrlə tanınır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki