image-1backend

Nikol Paşinyan üçün Qarabağ erməniləri mövzusu artıq bitib -Politoloq

image-ads-728x90

“Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik getdikcə artır və bunun bir neçə səbəbi var. Rəsmi İrəvan Rusiyanın təsir rıçaqlarından qurtulmağa çalışır.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, iki gün əvvəl Ermənistan hökuməti Rusiyanın müxtəlif dövlət qurumlarının Qarabağ ermənilərinə göndərmək istədiyi humanitar yardımdan imtina edib.

Arzuman Muradlının fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan üçün Qarabağ erməniləri mövzusu artıq bağlanmış hesab olunur.

“Paşinyan bunu iki gün əvvəl Avropa Parlamentindəki çıxışında da açıq şəkildə ifadə etdi. O bildirdi ki, Qarabağ ermənilərinin böyük əksəriyyətinə Ermənistan vətəndaşlığı verilib. Baş nazir eyni zamanda onların geri dönüşü ilə bağlı siyasətin yanlış olduğunu və bunun Azərbaycanla münasibətləri yenidən gərginləşdirə biləcəyini vurğuladı”, – deyə politoloq bildirib.

Arzuman Muradlının sözlərinə görə, Paşinyan bu məsələyə nöqtə qoymağa çalışsa da, Kreml “humanitar yardım” adı altında Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır. Politoloq hesab edir ki, Moskva Qarabağ ermənilərinə humanitar yardım təşəbbüsü ilə onları Ermənistan daxilində, xüsusilə də parlament seçkiləri ərəfəsində Paşinyana qarşı fəallaşdırmaq niyyətindədir.

Arzuman Muradlı əlavə edib ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması da bu kontekstdə təxribat xarakteri daşıyır. Onun sözlərinə görə, Zaxarova Ermənistanda yaşayan Qarabağ ermənilərinin guya Rusiyanın humanitar yardımlarına ehtiyac duyduğunu iddia edib.

“Beləliklə, Kreml ‘humanitar yardım’ məsələsində israr etməklə Ermənistanın daxili işlərinə qarışır. Ermənistan rəhbərliyi Rusiyaya bildirir ki, yardıma ehtiyac yoxdur. Buna baxmayaraq, Moskva ‘Sizin vətəndaşlarınıza yardım göndərmək istəyirik’ deyərək bu mövzuda israr edir. Lakin Paşinyanın qərarı qətidir və Rusiyadan göndərilməsi planlaşdırılan humanitar yardımların qarşısı alınıb”, – deyə politoloq vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki