image-1backend

“Palmali”dən Qara dənizdə vurulan gəmi ilə bağlı AÇIQLAMA: İki dənizçi həlak olub

image-ads-728x90

“PALMALI” Şirkətlər Qrupu Qara dənizdə pilotsuz uçuş aparatı ilə hücuma məruz qalan “Royad Məmmədov” gəmisi ilə bağlı açıqlama yayıb.

Korrekt.az xəbər verir ki, şirkətdən bildirilib ki, hadisə 5 oktyabr 2026-cı ildə gəmi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına hərəkət edərkən Rumıniya sahillərində, Qara dənizdə baş verib.

Məlumata görə, gəmi pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb. Hücumdan sonra gəmidə yanğın baş verib və heyət üzvlərinin təxliyəsi üçün xilasetmə əməliyyatı başlayıb.

Hadisə nəticəsində iki dənizçi həlak olub. Digər heyət üzvləri isə təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.

“PALMALI” Şirkətlər Qrupu həlak olan dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Şirkətin açıqlamasında qeyd olunub ki, mərhumların ailələrinə bütün lazımi dəstək göstərilir və onların ehtiyaclarının qarşılanması üçün iş aparılır.

“PALMALI” həmçinin bildirib ki, hadisə ilə bağlı proses müvafiq qurumlarla koordinasiya şəklində yaxından izlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki