Bu səhər İranın Naxçıvan Beynəlxalq Hava Limanı və bir məktəb obyektinə hücum etdiyi iddia olunur.
” İranın bu addımı regionda gərginliyi daha da artırmaq məqsədi daşıyır. İranın Azərbaycanı və öz din qardaşlarını hədəfə alması siyasi əxlaqsızlıqdır. Biz hər zaman İranla dost, qardaş olduğumuzu bəyan etmişik. 44 günlük Vətən müharibəsi dövründə molla rejimi Ermənistanı dəstəkləyəndə belə öz cavabımızı vermişik. Amma bu günkü hücum yeni düşmənçilik toxumu səpir”, – deyə politoloq Arzuman Muradlı bildirib.
Arzuman Muradlı əlavə edib ki, bu cür hərəkətlər Azərbaycan-İran münasibətlərinə ciddi zərər verə bilər və regionda təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir.





















