image-1backend

Polşa Ukrayna  ilə sərhədinə qoşun yığır : Müharibə anonsu…

image-ads-728x90

Polşa Ukrayna ilə sərhəddə yerləşən Lyublin vilayətində hərbi mövcudluğunu gücləndirməyə hazırlaşır.

Korrekt.az xəbər verir ki, Polşanın Milli Müdafiə naziri Vladislav Kosinyak-Kamış bölgədə yeni hərbi bölmələrin yaradılacağını, həmçinin “Abrams” tankları və “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdiriləcəyini açıqlayıb.

Nazirin sözlərinə görə, bir neçə həftə əvvəl “Patriot” hava hücumundan müdafiə sistemlərinin batareyalarının Lyublin vilayətində yerləşdirilməsi barədə qərar qəbul edilib.

“Bu, ‘Patriot’ batareyalarının Lyublin ərazisində ilk dəfə yerləşdirilməsidir”, – deyə nazir bildirib.

Kosinyak-Kamış Polşa Silahlı Qüvvələrinin strukturunun genişləndirilməsi ilə bağlı bir sıra qərarların qəbul edildiyini də açıqlayıb.

Planlara əsasən, bölgədə yeni mexanikləşdirilmiş briqada, pilotsuz sistemlər briqadası və batalyonu, həmçinin “Patriot” sistemləri ilə təchiz ediləcək əlavə hava hücumundan müdafiə bölməsi yaradılacaq.

Məlumata görə, 18-ci Mexanikləşdirilmiş Briqada Bilqoray şəhərində yerləşdiriləcək. Həmin ərazidə hava hücumundan müdafiə bölmələrinin də yerləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, Lukuva şəhərində pilotsuz sistemlər bölməsinin yaradılması, Svidnikdə ordu aviasiyasına məxsus helikopter bazasının yerləşdirilməsi və Sobesin şəhərində mövcud hərbi obyektin genişləndirilməsi planlaşdırılır.

Nazirin sözlərinə görə, Lyublin hava limanında quru qoşunlarına məxsus helikopterlər də yerləşdiriləcək.

Kosinyak-Kamış həyata keçiriləcək tədbirlərin Lyublin regionunun müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağını bildirib.

Polşanın bu addımları Ukrayna ilə sərhədə yaxın ərazilərdə hərbi infrastrukturun və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi baxımından diqqət çəkir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki