Argentina prezidenti Xavyer Millinin Olivos iqamətgahının ərazisində prezidentin təhlükəsizlik xidmətinin əməkdaşının cəsədi aşkarlanıb. Korrekt.az xəbər verir ki, bu barədə Argentina hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə cəlb olunan həkimlər təhlükəsizlik agentinin həyatını itirdiyini təsdiqləyiblər. Faktla bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hazırda hadisənin başvermə səbəbləri və digər təfərrüatların müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir. İlkin ehtimallara görə, təhlükəsizlik əməkdaşının intihar etmiş ola biləcəyi istisna edilmir.





















