Günlər öncə Hacıqabul rayonunda özünə toy edən müğənni Pünhan Piriyev bəzi həmkarlarından gileylənib.
Korrekt.az xəbər verir ki, o, dəvət etdiyi müğənnilərdən birinin 15 min manat qonorar istədiyini bildirib.
İfaçı həmin şəxsin Xalq artisti Alim Qasımov olduğunu açıqlayıb.
O, Alim Qasımovun bu istəyindən narazı qaldığını, ona hər zaman hörmətlə yanaşdığını bildirib:
“Mənə belə deyəndə bildirdim ki, Allah işini avand etsin. Yaxşı ki, bu toyu etdim, bəzilərinizi tanıdım. Kimdənsə qorxmuram, çəkinmirəm. Mənə dediyini deyirəm. Özünə hörmətim var. Bilir ki, çox istəyirəm. Öz xeyir işlərində də iştirak etmişəm. Deyərdi ki, bala, gəlib təbrik edib, çörəyini yeyib gedərəm. Ona nə qədər dəyər verdiyimi bilir. 15 min qiymət oxumağına nə deyim indi?”
P.Piriyev Əməkdar artist Yusif Mustafayevin də məclisdə iştirak etmədiyini qeyd edib.





















