image-1backend

Rusiya Tədqiqat İnstitutunda baş verən ölüm dünyanı qorxuya saldı – 28 yaşlı qadın niyə öldü?

image-ads-728x90

Rusiya vəba tədqiqat institutunda baş verən ölüm dünyanı qorxuya salıb.

Rusiyada Vəba (Taun)xəstəlikləri üzrə Tədqiqat İnstitutunda çalışan bir şəxsin şübhəli ölümü laboratoriya qəzası və epidemiya ilə bağlı narahatlıqlar yaradıb.

Məlumata əsasən, Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi Federal Xidməti iddiaları təkzib edib. Lakin ABŞ Dövlət Departamentinin rəsmisi prosesi yaxından izlədiklərini deməsi qorxu yaradıb.

Adı açıqlanmayan Amerika rəsmisi bildirib ki, Moskva xalqdan və dünyadan heç nəyi gizlətməməlidir: “Biz Rusiya hakimiyyətindən dəqiq məlumatları ictimaiyyətlə açıq şəkildə açqlamağı tələb edirik”.

Xatırladaq ki, oktyabrınn 2-də Rusiyanın Sibir bölgəsindəki İrkutsk Taun Tədqiqat İnstitutunda laboratoriya texniki işləyən bir qadının şübhəli baş verib.

Rusiya mətbuatı yazır k, institut işçisi 28 yaşlı Darya Şipilovaya mənşəyi bilinməyən pnevmoniya diaqnozu qoyulub. Onun ölümündən əvvəl vəbaya səbəb olan “Yersinia pestis” bakteriyasını ehtiva edən qırıq bir sınaq borusuna toxunduğu iddia edilib. Bildirilib ki, ehtiyat tədbiri olaraq təxminən 200 nəfər tibbi müşahidə altına alınıb.

Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi Federal Xidməti Şipilovanın naməlum mənşəli pnevmoniyadan öldüyünü təsdiqləyib. Lakin institutda yoluxucu mikroorqanizmlərlə işləyərkən heç bir qəza baş vermədiyi və son 10 gündə institut işçiləri arasında heç kimin yoluxucu xəstəliklərlə bağlı tibbi yardıma müraciət etmədiyi iddia olunub: “Şipilovanın cəsədi ekspertizaya verilib, ondan götürülmüş nümunələr üzərində ətraflı müayinələrin aparılır. Hələlik onun ölümünə səbəb olan xəstəliyin onun peşə fəaliyyəti ilə əlaqəs aşkarlanmayıb”.Mia.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki