image-1backend

Türkiyədə kirayəçi evin sahibini və həyat yoldaşını öldürüb

image-ads-728x90

Bu gün Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda silahlı insident baş verib.

Faktla bağlı İstanbul Valiliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, Maltepedə yerləşən bir evin sahibi ilə kirayəçi arasında mübahisə yaranıb. Bu zaman kirayəçi evin sahibinə, onun həyat yoldaşına və ailənin vəkilinə silahla hücum edib. Evin sahibi və onun həyat yoldaşı hadisə yerində həlak olublar, vəkil isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Silahlı şəxs əraziyə gələn təcili tibbi xidmət və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına da atəş açıb. Buna baxmayaraq, polis əməkdaşları onu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki