image-image_750x_69949c386a368backend

Abbas Əraqçı: İran və ABŞ danışıqlarda mühüm razılıq əldə ediblər 

image-ads-728x90

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında Cenevrədə keçirilən son danışıqlar zamanı bir sıra mühüm məsələlər üzrə ümumi razılıq əldə olunub.

Korrekt.az xəbər verir ki, nazirin sözlərinə görə, tərəflər arasında müxtəlif təşəbbüslər irəli sürülüb, geniş və ciddi müzakirələr aparılıb.

Nəticədə gələcək addımlara istiqamət verəcək və mümkün yeni nüvə sazişinin mətninə daxil edilə biləcək əsas prinsiplər üzrə ortaq mövqe formalaşıb.

Əraqçi qeyd edib ki, hazırkı danışıqlar əvvəlki görüşlərlə müqayisədə daha konstruktiv və ciddi atmosferdə keçib.

Görüşün yekununda tərəflər:
mümkün razılaşmanın mətni üzərində işi davam etdirmək,
qarşılıqlı sənəd mübadiləsi aparmaq,
danışıqların üçüncü mərhələsinin tarixini müəyyənləşdirmək
barədə razılığa gəliblər.

Qeyd olunur ki, əldə olunan ilkin anlaşma gələcək nüvə sazişinin formalaşmasında əsas baza rolunu oynaya bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki