image-tia_da2ac8f8165bb4329aaaab9b12b697aa_b5gv0n2f3h61r7as489pbackend

AQC-nin növbəti uğuru: Azərbaycanı TEGoVA-da təmsil edəcək

image-ads-728x90

Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm hadisə addım atılıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Avropanın nüfuzlu qiymətləndirmə təşkilatlarının birliyi olan TEGoVA-ya üzv qəbul edilib.

AQC-nin İctimaiyyətlə əlaqələr Departamentindən verilən məlumata görə, Cəmiyyətin üzvlüklə bağlı müraciətinə TEGoVA çərçivəsində baxılıb və iyulun 21-də keçirilən iclasda AQC-nin üzvlüyə qəbul edilməsi istiqamətində müsbət qərar verilib. Üzvlüyün təsdiqinə dair yekun qərarın isə oktyabrın 22–24-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək TEGoVA Baş Assambleyasının toplantısında qəbul ediləcək.

Hazırda AQC nümayəndə heyəti Vyanaya səfərə hazırlaşır. Toplantıda qəbul ediləcək yekun qərar Azərbaycanın qiymətləndirmə sahəsində beynəlxalq təmsilçiliyinin genişləndirilməsi və ölkənin peşəkar qiymətləndirmə institutunun Avropa miqyasında tanınması baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, TEGoVA Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən qiymətləndirici birlikləri birləşdirən, qiymətləndirmə peşəsinin inkişafına və peşə standartlarının təkmilləşdirilməsinə töhfə verən beynəlxalq təşkilatdır. Quruma üzvlük qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi və Avropa qiymətləndirmə mühitində təmsilçilik üçün yeni imkanlar yaradır.

Qeyd edək TEGoVA-ya üzvlük AQC-nin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq peşəkar platformalara inteqrasiyasını gücləndirəcək. Bu, milli qiymətləndirmə standartlarının inkişafı, peşəkar biliklərin artırılması və ölkədə qiymətləndirmə institutunun mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli addımdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki