Böyük Britaniyadakı RAF Fairford hava bazasının yaxınlığında beş nəfər həbs edilib. Baza ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur.
Korrekt.az xəbər verir ki, Britaniya polisinin məlumatına görə, hadisə ilə bağlı terrorizm və partlayıcı maddələr qanunlarına əsasən araşdırma aparılır.
Polisə üç şübhəli mikroavtobusun bazaya doğru getdiyi barədə zəng daxil olub. Bundan sonra bazanın perimetri ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Yoxlamalara istehkamçı zabitlər cəlb edilib. Qeyd etmək lazımdır ki, bu hərbi baza Amerikanın İrana qarşı hava hücumları kampaniyasında iştirak edib.





















