İranın “Caspian Airlines” şirkətinə məxsus təyyarə İstanbulda hava limanında 3 milyon avro borcu səbəbindən həbs edilib.
Korrekt.az xəbər verir ki, bu barədə CNN Türk xəbər yayıb.
Məlumata görə, İstanbul Hava Limanından İrana uçuşlar həyata keçirən İran aviaşirkəti olan “Caspian Airlines”ə qarşı nəzarət şirkətinə olan borcu səbəbindən məhkəmə prosesi başlanıb. “Caspian Airlines”in 3 milyon avroluq borcunu təmsil edən kreditor şirkətinin vəkilləri və məhkəmə icraçıları İstanbul Hava Limanına gələrək İrana uçuşa hazırlaşan təyyarənin yola düşməsinə icazə verilməməsini tələb ediblər. Daha sonra zabitlər sərnişinlərə enmələrini əmr ediblər. Sərnişinlər terminala aparılıb, təyyarə isə müsadirə edilib.





















