Afər Mehrabova Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi”inin baş direktorunun müşaviri vəzifəsinə təyin olunub.
Korrekt.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı baş direktor Fəxri Mehdiyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Afər Mehrabova bundan əvvəl sözügedən qurumun Satınalma və təchizat zənciri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.





















