ABŞ və İran arasında artan gərginlik fonunda dünya bazarlarında neft qiymətləri yüksəlib. “Bloomberg” və “Axios” nəşrlərinin yaydığı məlumatlara görə, ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi ilə bağlı xəbərlər bazarlarda reaksiya doğurub.
Qiymətlər və artım göstəriciləri:
• Fevralın 18-dən qiymətlər 4%-dən çox artıb;
• WTI (Qərbi Texas nefti): 4,6% yüksəlib;
• Brent: 70–71 dollar (iki həftədən sonra ilk dəfə 70 dolları keçib).
Analitiklər bildirirlər ki, bazar əsasən İran #neft ixracında və Fars körfəzi bölgəsində tədarükün pozulması riskini dəyərləndirir. Qlobal dəniz yolu ilə daşınan neftin təxminən 25%-i Hörmüz boğazından keçir.
Mümkün ssenarilər:
• İranın neft ixracının məhdudlaşdırılması ilə qiymət artımı 10–12 dollar (müvəqqəti);
• Hörmüz boğazının bağlanması halında – qiymət 90 dollar, #eskalasiya dərinləşərsə 130 dollar.
Qeyd olunub ki, İran gündə təxminən 1,5 milyon barel neft ixrac edir və əsas alıcı isə Çindir.





















