ABŞ ordusunun təqaüddə olan generalı Cek Kin bildirib ki, Donald Tramp administrasiyası İran İslam Respublikasının son illərin “ən zəif siyasi, iqtisadi və hərbi vəziyyətində” olduğu bir mərhələdə qərar vermək imkanına malikdir. Korrekt.az xəbər verir ki, Kin bu fikirləri Fox News telekanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, bu şəraitdə hərbi əməliyyatlar Tehranın nüvə proqramına qarşı ən təsirli həll yolu kimi nəzərdən keçirilə bilər. Kin, Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətə qarşı “yalan danışmağa davam etdiyini” açıqlayıb.
Generalın dediklərinə əsasən, mümkün yeni razılaşma əldə olunsa belə, İranın ilk tələbi sanksiyaların qaldırılması olacaq. O, hesab edir ki, bu addım rejimin ömrünü uzadacaq, ancaq ABŞ-yə və bölgənin sabitliyinə real fayda verməyəcək.





















