Bu gün ASELSAN BAKÜ-nın fəaliyyətə başlamasının 28-ci ildönümü qeyd olunur.
1998-ci ildə təsis olunan ASELSAN BAKÜ Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN-ın Azərbaycandakı rəsmi nümayəndəliyidir. Şirkət ötən illər ərzində müdafiə sənayesi, rabitə və informasiya texnologiyaları, müşahidə və elektro-optik sistemlər, radar və sərhəd təhlükəsizliyi sahələrində bir sıra mühüm layihələr həyata keçirib.
ASELSAN BAKÜ Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, yerli texnoloji potensialın inkişafı və müdafiə sənayesində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Şirkət, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir.
“Bir Millət, İki Dövlət” prinsipi əsasında qurulan strateji tərəfdaşlıq çərçivəsində ASELSAN BAKÜ iki qardaş ölkə arasında yüksək texnologiyalar sahəsində əməkdaşlığın əsas platformalarından biri kimi çıxış edir.
28 il ərzində şirkət regionda müasir və innovativ texnoloji həllərin tətbiqi sahəsində öz mövqeyini daha da möhkəmləndirib.





















