Qarabağ Dirçəliş Fondu sosial şəbəkələrdə reklamların yerləşdirilməsi üçün 39 min 952 manat vəsait ayırıb.
Korrekt.az xəbər verir ki, reklamlar “Facebook”, “Instagram”, “Linkedin”, “YouTube” və “Tik-Tok” sosial şəbəkələrində yerləşdiriləcək.
Açıqlanan məlumatda bildirilir ki, Qarabağ Dirçəliş Fondu “Meta Platforms”, “LinkedIn Corporation”, “Alphabet” və “ByteDance Ltd.” şirkətləri ilə bir il müddətində satınalma müqaviləsi imzalayıb.





















