İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi dəyişikliyi gözlənilir.
Korrekt.az xəbər verir ki, klub rəhbərliyi ingiltərəli mütəxəssis Maykl Kerrikin baş məşqçi vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
Bu barədə tanınmış futbol insayderi Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, Kerrikin yerinə ABŞ milli komandasının argentinalı baş məşqçisi Maurisio Poçettinonun gətirilməsi gözlənilir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 10 turundan sonra “Mançester Yunayted” cəmi 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.





















