image-1backend

Avropa aviaşirkətlərinə çağırış edildi:  İran üzərindən uçuşları dayandırın   

image-ads-728x90

Dünən Avropa Birliyinin aviasiya təhlükəsizliyinə nəzarət orqanı (European Union Aviation Safety Agency – EASA) Avropa aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmək barədə yeni xəbərdarlıq edib.

Korrekt.az xəbər verir ki, qurumun yaydığı açıqlamada bildirilib ki, bu tövsiyə əvvəlki təhlükəsizlik xəbərdarlığının davamıdır və 31 mart tarixinə qədər qüvvədə olacaq. EASA qeyd edib ki, bölgədə geniş çeşiddə silahların və hava hücumundan müdafiə sistemlərinin mövcudluğu, eləcə də hökumətin mümkün gözlənilməz reaksiyaları bütün yüksəkliklərdə mülki uçuşlar üçün ciddi risk yaradır.

Təhlükəsizlik tövsiyəsi Tehran ilə Vaşinqton arasında danışıqların davam etdiyi bir dövrə təsadüf edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki